Cənubi Qafqaz Boru Kəmərinin xərcləri 18 %-dən çox azalıb

Energetika
  • 04 avqust, 2022
  • 09:04
Cənubi Qafqaz Boru Kəmərinin xərcləri 18 %-dən çox azalıb

Bu ilin I yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) xərcləri, təxminən, 31 milyon ABŞ dolları təşkil edib.

“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 % azdır.

Hesabat dövründə CQBK-nin əməliyyat xərcləri təqribən 29 milyon ABŞ dolları, əsaslı xərclər isə, təqribən, 2 milyon ABŞ dolları olub. Son 1 ildə kəmərin əməliyyat xərcləri 7,4 % artıb, əsaslı xərcləri isə 5,5 dəfə azalıb.

Kəmər 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan, Türkiyəyə Şahdəniz qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,9 milyon kubmetr olub.

Xatırladaq ki, CQBK-nin sərmayədarları bunlardır: BP (28,8 %), TPAO (19 %), PETRONAS (15,5 %), AzSCP (10 %), NİKO (10 %), LUKOYL (10 %), Cənub Qaz Dəhlizi Midstrim (6,7 %).

Kəmər 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz" qazını çatdırır. Kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya çatdırılmasına isə 2020-ci ilin dekabr ayında başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti