Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 5% artıb

Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 5% artıb Bakı. 21 noyabr. REPORT/ Bu ilin yanvar-sentyabr ayları ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 22 mln. kubmetr qaz olub.
Energetika
21 Noyabr , 2018 13:17
Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 5% artıb

Bakı. 21 noyabr. REPORT/ Bu ilin yanvar-sentyabr ayları ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 22 mln. kubmetr qaz olub.

“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin 9 ayı ilə müqayisədə 1 mln. kubmetr və ya 4,76% çoxdur.

Bu ilin  üç rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 27 mln. dollar əməliyyat xərcləri sərf edilib ki, bu da 2017-ci ilin üç rübü ilə müqayisədə 6 mln. dollar və ya 28,57% çoxdur. Bu müddət ərzində CQBK ilə bağlı fəaliyyətə 308 mln. dollar əsaslı xərclər sərf edilib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə isə 328 mln. dollar və ya 2,06 dəfə azdır.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları BP (28,8%), TPAO (19%), AzSCP (10%), “Cənub Qaz Dəhlizi Midstrim” (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%)

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Son xəbərlər

Orphus sistemi