Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 10% artıb

Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 10% artıb Boru kəməri ilə 6,6 mlrd. kubmetr qaz ötürülüb
Energetika
19 Dekabr , 2016 13:21
Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 10% artıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 18 885,9 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistarl qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5% azalma müşahidə olunub. Qazın nəqlinin 35,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 6 646,8 mln. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artıqdır.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Son xəbərlər

Orphus sistemi