Cənubi Koreya İrandan neft idxalını 47% azaldıb
Energetika
- 27 fevral, 2018
- 13:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Cənubi Koreya İrandan xam neft idxalını illik 47,3% azaldıb.
“Report” xəbər verir ki, bu barədə Koreya Milli Neft Şirkəti (KNOC) məlumat yayıb.
Məlumatda o da bildirilib ki, Cənubi Koreya, ümumilikdə, xam neft idxalını 6,6% artırıb. Şərqi Asiya ölkəsi ötən ay xaricdən 99,8 mln. barel neft alıb.
İrandan Cənubi Koreyaya neft ixracının azalması yanvarın əvvəlində Çin sahillərində Honkonqun “CF Crystal” quru yük gəmisi ilə İrana məxsus "Sanchi" neft tankerinin toqquşması ilə əlaqələndirilir. Həmin toqquşma nəticəsində tankerin 32 ekipaj üzvünün hamısı həlak olub. Tankerdə 136 min ton kondensat olub və yük Cənubi Koreyaya nəql edilirdi.
Son xəbərlər
16:23
"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb
Futbol
16:21
Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
Analitika
16:20
"Qarabağ" 6 000 manat cərimələnib
Futbol
16:20
"Maliyyə Nazirliyi haqqında Əsasnamə" dəyişib
Digər
16:18
"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib
Digər
16:15
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
16:14
Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
Fərdi
16:13
Sənan Vəlizadə: "Kiberhücumlara qarşı sektorlararası məlumat mübadiləsi vacibdir"
İKT
16:12
Abid Ələsgərzadə: "Kibertəhlükəsizlik insidentləri barədə məlumatlar AMB-yə vaxtında verilməlidir"
İKT