Cənubi Koreya İrana qarşı sanksiyalardan qurtulub

Cənubi Koreya İrana qarşı sanksiyalardan qurtulub Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ İrana qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Cənubi Koreyaya bu ölkədən neft idxal etmək üçün icazə verib.
Energetika
5 Noyabr , 2018 12:59
Cənubi Koreya İrana qarşı sanksiyalardan qurtulub

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ İrana qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Cənubi Koreyaya bu ölkədən neft idxal etmək üçün icazə verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Koreya hökumətindəki mənbə bildirib. 

Bir müddət əvvəl Koreya Respublikası hökuməti bir sıra tikinti şirkətlərinin maliyyə problemləri üzündən İranda enerji layihələrindən çəkiləndən sonra “maksimum çeviklik” göstərmək xahişi ilə ABŞ-a müraciət etmişdi.

“İqtisadiyyatımız üçün neft məhsulları ən əhəmiyyətlidir və İrana qarşı sanksiyalar bizə toxunsa, bütün iqtisadiyyatımızın ciddi çətinliklərlə üzləşəcəyini onların nəzərinə çatdırdıq”, – Koreya hokumətinin nümayəndəsi deyib.

Daha əvvəl Ağ ev İrana qarşı sanksiyalar məsələsində 8 ölkəyə 180 günlük güzəştə gedəcəklərini və bu müddətin uzatmayacaqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi