Cəmil Məlikov: "Bərpa olunan enerjinin inkişafı yeni gəlir mənbələrinin yaranmasına təsir göstərəcək"

Cəmil Məlikov: "Bərpa olunan enerjinin inkişafı yeni gəlir mənbələrinin yaranmasına təsir göstərəcək" Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ölkədə sənayenin, yerli iqtisadiyyatın digər sahələrinin də inkişafına gətirib çıxaracaq.
Energetika
28 Noyabr , 2019 12:41
Cəmil Məlikov: Bərpa olunan enerjinin inkişafı yeni gəlir mənbələrinin yaranmasına təsir göstərəcək

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ölkədə sənayenin, yerli iqtisadiyyatın digər sahələrinin də inkişafına gətirib çıxaracaq.

“Report”un məlumatına görə, bu gün Bakıda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Alternativ və Bərpa Olunan Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatı dəstəyi ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq seminar zamanı ABOEMDA-nın sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, Azərbaycanda artıq bərpa olunan enerji üzrə kiçik miqyaslı elektrik stansiyaları üçün avadanlıqlar istehsal olunur: “Demək olar ki, ölkəmizdə bərpa olunan enerji sahəsində hər bir növ (külək, günəş) stansiya üçün tələb olunan avadanlıqlar istehsal olunur. Bu stansiyaların əsas maya dəyərini təşkil edən tikinti-quraşdırma işlərinin və sair istehsalı ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə verir”.

O bildirib ki, bu, ÜDM-nin dəyərinin artmasına, yeni iş yerlərinin açılmasına gətirib çıxarır: "Bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanda iqtisadiyyatda yeni zəncirvari sistemin daxilində yeni gəlir mənbələrinin əmələ gəlməsinə təsir göstərəcək. Ölkəmizdə bu istiqamətdə həm sənayenin inkişafına təkan verəcək".

Son xəbərlər

Orphus sistemi