Yuxarı

​Buxarestdə AGRI Direktorlar Şurasının iclası keçirilib

Təqdimatda Rumıniya Xarici İşlər Nazirliyinin nümayəndələri, İqtisadiyyat Nazirliyi nəzdində Energetika Departamentinin əməkdaşları iştirak edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Dekabrın 3-4-də Buxarestdə “AGRI LNG Project Company SRL” (Azerbaijan-Georgia-Romania İnterconnector) şirkətinin Direktorlar Şurasının iclası keçirilib. Bu barədə "Report"a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.

İclasda Böyük Britaniyanın “Penspen” şirkəti AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırılmasına dair son hesabatını layihənin səhmdarları olan SOCAR, Gürcüstanın GOGC, Rumıniyanın Romgaz və Macarıstanın MVM şirkətlərinə təqdim edib. AGRI şirkətinin Direktorlar Şurası layihənin “Penspen” tərəfindən təqdim edilmiş texniki-iqtisadi əsaslandırılmasına dair hesabatını müzakirə edib, sənədin baxılmaq üçün AGRI şirkəti səhmdarlarının 2015-ci ilin yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulan ümumi yığıncağına çıxarılması tövsiyə olunub.

Təqdimatda Rumıniya Xarici İşlər Nazirliyinin nümayəndələri, İqtisadiyyat Nazirliyi nəzdində Energetika Departamentinin əməkdaşları iştirak edib.

Xatırladaq ki, Xəzər qazının maye şəklində Gürcüstan ərazisindən Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər Şərqi Avropa ölkələrinə tədarükünü nəzərdə tutan AGRI layihəsində SOCAR, GOGC, Romgaz və MVM şirkətləri hər biri 25% paya malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi