2019-cu ilin I rübü ərzində
Nazirlikdən "Report"a verilən məlumata görə, yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə isə 148 olub.
Rüb ərzində qəbul edilmiş müraciətlərdən 614-nün icrası təmin edilib, 22 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.
Bu dövrdə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 9 858,4 kVt güc sifariş edilib və 1 779 318,52 manat qoşulma haqqı ödənilib.
Bütün müraciətlər 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.