Bu il Xorvatiya Azərbaycandan neft idxalını 71 %-dən çox artırıb

Energetika
  • 22 noyabr, 2024
  • 13:20
Bu il Xorvatiya Azərbaycandan neft idxalını 71 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Xorvatiyaya 1 milyon 374 min 573,03 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 842 milyon 638,89 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 71,4 %, dəyəri isə 77,2 % çoxdur.

Xorvatiyaya ixrac edilən yanacağın Azərbaycanın ümumi neft ixracında payı 6,68 % təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti