Bu il "Şahdəniz" layihəsinə 3 mlrd. dollardan artıq vəsait xərclənib

Bu il "Şahdəniz" layihəsinə 3 mlrd. dollardan artıq vəsait xərclənib Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" mərhələsinə aid olub
Energetika
30 Noyabr , 2015 18:28
Bu il Şahdəniz layihəsinə 3 mlrd. dollardan artıq vəsait xərclənib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində "Şahdəniz" layihəsi üzrə fəaliyyətə təqribən 370 mln. dollar əməliyyat xərcləri və 3,37 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" mərhələsinə aiddir.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin biznes əməliyyatları haqqında hesabatında qeyd olunub.

Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun 50-500 metr dərinliyində, Xəzər dənizinin şelf zonasında yerləşir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də SOCAR və xarici şirkətlər arasında imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişi 4 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 1999-cu ilin may ayında isə "Şahdəniz" qaz-kondensat yatağının ehtiyatları kəşf olunub.

Xatırladaq ki, "Şahdəniz" layihəsində BP (operator – 28,8%), AzŞD (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri iştirak edir. 

Son xəbərlər

Orphus sistemi