Bu il İtaliya Azərbaycandan neft idxalını 5 %-dən çox artırıb

Energetika
  • 18 oktyabr, 2023
  • 08:23
Bu il İtaliya Azərbaycandan neft idxalını 5 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 7 milyon 985 min 493,8 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4 milyard 986 milyon 285,69 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 5,65 % çox, dəyəri isə 12,12 % azdır.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 40,17 % olub.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 876 min 255,4 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 12 milyard 128 milyon 399,72 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti