​Bu il Bakı-Ərzurum kəməri ilə 3 mlrd. kubmetr qaz nəql olunub

​Bu il Bakı-Ərzurum kəməri ilə 3 mlrd. kubmetr qaz nəql olunub Yanvar-may aylarında Azərbaycanın magistral kəmərləri ilə qaz nəqli 10% azalıb
Energetika
17 İyun , 2016 10:48
​Bu il Bakı-Ərzurum kəməri ilə 3 mlrd. kubmetr qaz nəql olunub

Bakı. 17 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 8 770,5 mln. kubmetr qaz nəql edilib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1% azalma müşahidə olunub. 

Qazın nəqlinin 34,5%-i Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz) boru kəməri vasitəsilə həyata keçirilib və 3 025,7 mln. kubmetr qaz ötürülüb.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir.

Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır. Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Son xəbərlər

Orphus sistemi