Bu il Azərbaycanın neft ixracı 3 %-ə yaxın artıb

Energetika
  • 15 sentyabr, 2023
  • 11:35
Bu il Azərbaycanın neft ixracı 3 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 18 milyon 506 min 042,46 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 11 milyard 234 milyon 779,76 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust aylarında ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 2,9 % çox, dəyəri isə 18,1 % azdır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracında neftin payı 46,13 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 8 aylıq xarici ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb.