Bu il Azərbaycanın neft ixracı 3 %-dən çox artıb

Energetika
  • 16 iyun, 2023
  • 08:22
Bu il Azərbaycanın neft ixracı 3 %-dən çox artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 3,2 % çox, dəyəri isə 10,4 % azdır.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 44,81 % olub.

Qeyd edək ki, 5 ayda Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.