Bu il Azərbaycanın neft ixracı 3 %-dək azalıb

Energetika
  • 18 may, 2023
  • 05:26
Bu il Azərbaycanın neft ixracı 3 %-dək azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 9 milyon 235 min 906,05 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 5 milyard 715 milyon 409,95 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel aylarında ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2,6 % , dəyəri isə 12,7 % azdır.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 45,42 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 4 aylıq xarici ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti