Bu il Azərbaycanın neft ixracı 2 %-ə yaxın artıb

Energetika
  • 16 oktyabr, 2023
  • 14:47
Bu il Azərbaycanın neft ixracı 2 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 876 min 255 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 12 milyard 128 milyon 399,72 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 % çox, dəyəri isə 18,6 % azdır.

Azərbaycanın ümumi ixracında neftin payı 45,79 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti