Bu il Azərbaycandan Avstriyaya neft ixracı 3 dəfədən çox artıb

Energetika
  • 17 aprel, 2023
  • 09:00
Bu il Azərbaycandan Avstriyaya neft ixracı 3 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Avstriyaya 266 min 568,71 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 152 milyon 155,74 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan Avstriyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk üç ayının göstəriciləri ilə müqayisədə 3,2 dəfə, dəyəri isə 2,73 dəfə çoxdur.

Azərbaycandan Avstriyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 3,91 % olub.

Xatırladaq ki, I rübdə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6 milyon 809 min 685,99 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 4 milyard 272 milyon 127,65 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti