Bu il Azərbaycanda qaz hasilatı 6%-dək artıb

Bu il Azərbaycanda qaz hasilatı 6%-dək artıb SOCAR üzrə yanvar-sentyabr ayları ərzində 5,5 mlrd kubmetr qaz hasil olunub
Energetika
152
17 Oktyabr , 2020 16:03
Bu il Azərbaycanda qaz hasilatı 6%-dək artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,9%, yəni 1,5 mlrd kubmetr artımla 27,5 mlrd kubmetr qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Qaz hasilatının 8,7 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, 13,3 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 5,5 mlrd kubmetr qaz hasil olunub.

Son xəbərlər

Orphus sistemi