Bu il Azərbaycanda 38 mln. tondan çox neft hasil olunub

Bu il Azərbaycanda 38 mln. tondan çox neft hasil olunub Təbii qaz hasilatı isə 27 mlrd. kubmetri ötüb
Energetika
16 Dekabr , 2015 13:40
Bu il Azərbaycanda 38 mln. tondan çox neft hasil olunub

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 38,3 mln. ton xam neft, 18,1 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4% azalıb, əmtəəlik qaz hasilatı isə 6,3% artıb.

Bu ilin 11 ayında ümumilikdə təbii qaz hasilatı isə 27,1 mlrd. kubmetr təşkil edib.

Dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 342,8 min ton xam neft, 788,6 mln. kubmetr təbii qaz ehtiyatı var.

Son xəbərlər

Orphus sistemi