Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 552,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“Report”un
Ötən üç ay ərzində Azərbaycanda 6 340,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 3,5% çoxdur.
Bunun 295 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 11% azdır.
Bunun 5 778,8 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 4,1% çoxdur.
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 31,8 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 8,4 dəfə çoxdur.
Bu ilin yanvar-mart ayları ərzində ölkədə 8,2 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 10,8% çoxdur.