Bu il Azərbaycan təbii qaz ixracından qazancını təxminən 9 % artırıb
- 15 avqust, 2023
- 09:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 413 milyon 760,12 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 934 milyon 144,16 min ABŞ dolları təşkil edib.
Hesabat dövründa ixrac edilən təbii qazın həcmi 2022-ci ilin 7 ayının göstəricisi ilə müqayisədə 5,6 %, dəyəri isə 8,7 % çoxdur.
Təbii qazın Azərbaycanın ümumi ixracında payı 43 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Tcarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.