Bu il Azərbaycan təbii qaz ixracından qazancını 5 dəfə azaldıb

Energetika
  • 16 mart, 2023
  • 12:33
Bu il Azərbaycan təbii qaz ixracından qazancını 5 dəfə azaldıb

Bu ilin yanvar-fevral ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 1 milyard 213 milyon 897,38 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 502 milyon 027,43 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-fevral ayları ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk iki ayındakı dövründən 3,3 dəfə, dəyəri isə 4,9 dəfə azdır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 11,11 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti