Bu il Azərbaycan təbii qaz ixracından qazancını 18 %-dən çox artırıb
- 16 iyun, 2023
- 08:46
Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyard 362 milyon 793,62 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, 5 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 7 milyard 103 milyon 082,74 min ABŞ dolları təşkil edib.
İxrac edilən təbii qazın həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 % az, dəyəri isə 18,5 % çoxdur.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 44,08 % olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.