Bu il Azərbaycan neft məhsullarının ixracını 89 % artırıb

Energetika
  • 14 aprel, 2023
  • 13:03
Bu il Azərbaycan neft məhsullarının ixracını 89 % artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 300 min 328,53 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 179 milyon 401,11 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən neft məhsullarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 89,2 %, dəyəri isə 97 % artıb.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,32 % təşkil edib.

Qeyd edək ki, 3 ayda Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.