Bu il Azərbaycan neft məhsullarının ixracını 47 %-dək azaldıb
- 16 dekabr, 2022
- 11:12
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 654 min 645,68 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 432 milyon 154,52 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən neft məhsullarının həcmi 2021-ci ilin 11 ayı ilə müqayisədə 46,7 %, dəyəri isə 27 % azdır.
Yanvar-noyabr aylarlı ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,19 % olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon ABŞ dolları ixracın, 12 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.