Bu il Azərbaycan neft məhsullarının ixracını 46 %-dən çox azaldıb
- 16 noyabr, 2022
- 13:51
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 623 min 992 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 417 milyon 353 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2021-ci ilin eyni ayları ilə müqayisədə 46,4 %, dəyəri isə 24,4 % azdır.
Yanvar-oktyabr aylarlı ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,2 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.