Bu il Azərbaycan neft məhsullarının ixracını 28 % artırıb
- 16 mart, 2023
- 12:42
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 150 min 439,57 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 97 milyon 854,60 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-fevral ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2022-ci ilin iki ayı ilə müqayisədə 28,3 %, dəyəri isə 56,3 % çoxdur.
Yanvar-fevral ayları ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,16 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.