Bu il Azərbaycan neft məhsullarının ixracını 2 dəfə artırıb

Energetika
  • 15 fevral, 2023
  • 08:59
Bu il Azərbaycan neft məhsullarının ixracını 2 dəfə artırıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 68 min 643,99 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 45 milyon 932,39 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2022-ci ilin yanvar ayı ilə müqayisədə 1,9 dəfə, dəyəri isə 2,7 dəfə çoxdur.

Yanvar ayı ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,45 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.