Bu il Azərbaycan neft məhsullarının ixracını 2 dəfədən çox azaldıb
- 18 oktyabr, 2022
- 07:54
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 515 min 535,43 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 342 milyon 156,08 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2021-ci ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə, dəyəri isə 31,8 % azdır.
Yanvar-sentyabr aylarlı ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,16 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.