Bu il Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfə artırıb

Energetika
  • 18 may, 2023
  • 05:37
Bu il Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfə artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 377 min 917,92 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 226 milyon 950,6 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2022-ci ilin ilk dörd ayı ilə müqayisədə 95,06 %, dəyəri isə 2,05 dəfə çoxdur.

Yanvar-aprel ayları ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,80 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 4 aylıq xarici ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.