Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində 1 624,7 mln. manat həcmində neft məhsulları istehsal olunub.
"Report"
Bu ilin yanvar-avqust ayları ərzində 788,7 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,3% azdır. Hesabat dövründə neft-kimya sənayesində istifadə üçün 128,4 min ton benzin istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,4% artıqdır.
Bu ilin səkkiz ayında 454,9 min ton ağ neft (0,8% çox), 1 924,7 min ton dizel yanacağı (5,9% çox), 194,2 min ton yanacaq mazutu (14,2% çox), 15 min ton (56,8% az) sürtkü yağları, 109,9 min ton (34,2% az) neft bitumu istehsal olunub.