Bu il Azərbaycan İsrailə neft satışını 41 %-dən çox artırıb
- 20 iyun, 2024
- 11:38
Bu ilin yanvar-may aylarında Azərbaycandan İsrailə 1 milyon 444 min 917,71 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 903 milyon 392,92 min ABŞ dolları təşkil edib.
Ötən 5 ay ərzində Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-may göstəriciləri ilə müqayisədə 41,4 %, dəyəri isə 43,1 % çoxdur.
Bu ilin ilk 5 ayında Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 14,64 % olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyon 869 min 672,49 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.Ötən 5 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 6 milyard 258 milyon 631,31 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.