Bu il Azərbaycan İsrailə neft ixracını 64 % artırıb
- 21 noyabr, 2022
- 09:10
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan İsrailə 2 milyon 60 min 452,37 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milayrd 502 milyon 824,48 min ABŞ dolları təşkil edib.
Bu ilin 10 ayında Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 63,9 %, dəyəri isə 2,46 dəfə çoxdur.
Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 9,08 % olub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 682 min 798,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 17 milyard 179 milyon 696,55 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.