Bu il Azərbaycan Hindistana neft ixracını 2 dəfədən çox artırıb

Energetika
  • 19 may, 2023
  • 13:33
Bu il Azərbaycan Hindistana neft ixracını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Hindistana 922 min 967,24 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 543 milyon 045,66 min ABŞ dolları təşkil edib.

2022-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2,3 dəfə, dəyəri isə 71,8 % çoxdur.

Azərbaycandan Hindistana ixrac edilən "qara qızıl"ın ümumi neft ixracında payı 9,99 % olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 9 milyon 235 min 906,05 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 5 milyard 715 milyon 409,95 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə