Bu il Azərbaycan 91 mln dollardan çox neft məhsulları ixrac edib

Bu il Azərbaycan 91 mln dollardan çox neft məhsulları ixrac edib Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,2 % olub
Energetika
16 Aprel , 2021 15:43
Bu il Azərbaycan 91 mln dollardan çox neft məhsulları ixrac edib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 225 min 615,16 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 91 mln 234,68 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 0,7 %, dəyəri isə 3,6 % çoxdur.

Birinci rübdə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,2 % olub.

Son xəbərlər

Orphus sistemi