Bu il Azərbaycan 7,3 mln ton neft ixrac edib

Bu il Azərbaycan 7,3 mln ton neft ixrac edib Bunun 370 min tonu SOCAR-ın payına düşür
Energetika
21 Aprel , 2021 10:34
Bu il Azərbaycan 7,3 mln ton neft ixrac edib

Bu ilin I rübündə Azərbaycanda təxminən 7,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bunun 6,9 milyon tonu konsorsium, 370 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 320 min ton, yəni 4 % azdır.

Son xəbərlər

Orphus sistemi