Bu il Azərbaycan 26 mln ton neft ixrac edib

Bu il Azərbaycan 26 mln ton neft ixrac edib Neftin (kondensatla birlikdə) 24,8 mln tonu konsorsium, 1,2 mln tonu isə SOCAR üzrə ixraca nəql edilib
Energetika
21 dekabr 2020 10:27
Bu il Azərbaycan 26 mln ton neft ixrac edib

Bu ilin yanvar-noyabr ayları ərzində 26 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bu 2019-cu ilin 11 ayına nisbətən, təxminən, 2,5 mln ton, yəni 8,8 % azdır.

Neftin (kondensatla birlikdə) 24,8 mln tonu konsorsium, 1,2 mln tonu isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə ixraca nəql edilib.

Son xəbərlər

Orphus sistemi