Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 02 dekabr, 2024
- 14:04
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 2-də qaz tədarükü üçün 377 milyon 925 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,0042 % çoxdur.
Kipoi çıxış nöqtəsindən dekabrın 3-dən 8-dək qaz tədarükü üçün 346 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, noyabrın 26-dan dekabrın 1-nə olan sifariş həcmi ilə eyni səviyyədədir.
Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 2-dən 8-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 419 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən dekabrın 2-dən dekabrın 8-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin göstəricisi ilə müqayisədə eyni səviyyədədir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 2-də 312 milyon 908 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 1,25 % azdır.
Dekabrın 3-dən 8-dək bu çıxış nöqtəsindən 286 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, ötən həftənin eyni dövrü ilə müqayisədə eyni səviyyədədir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.