Bu gün OPEC-in yeni baş katibi seçilə bilər

Bu gün OPEC-in yeni baş katibi seçilə bilər Bu gün Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv ölkələrin energetika nazirlərininj yeni görüşü keçiriləcək.
Energetika
3 Yanvar , 2022 11:30
Bu gün OPEC-in yeni baş katibi seçilə bilər

Bu gün Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv ölkələrin energetika nazirlərinin yeni görüşü keçiriləcək. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatdakı iki mənbə bildirib. 

Məlumata görə, görüşün məqsədi OPEC-in yeni baş katibini seçmək üçün müzakirələr aparmaqdır. Sözügedən vəzifəyə yeganə namizəd Küveytin OPEC-dəki sabiq nümayəndəsi Həytəm əl Geisdir. Onun namizədliyi dekabr ayının əvvəllərində müzakirə olunsa da, yekdil qərara gəlmək mümkün olmamışdı.

Hazırkı baş katib, 2016-cı ildən həmin vəzifədə olan Nigeriya nümayəndəsi Məhəmməd Barkindonun ikinci üç illik slahiyyət müddəti iyul ayının sonunda başa çatır. Təşkilatın mövcud Nizamnaməsinə əsasən eyni şəxs baş katib vəzifəsini iki müddətdən artıq tuta bilməz.

1990-cı ildə San Fransisko Universitetindən politologiya ixtisası ilə məzun olmuş H.Geis Küveyt Xarici İşlər Nazirliyində, həmçinin neft şirkətlərində çalışıb. Ana dilindən savayı ingilis, fransız, ispan, portuqal, alman dillərini mükəmməl, Çin dilini danışıq səviyyəsində bilir.

Son xəbərlər

Orphus sistemi