Bu gün Binə qəsəbəsində elektrik enerjisinin verilişində fasilə olacaq

Bu gün Binə qəsəbəsində elektrik enerjisinin verilişində fasilə olacaq Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün saat 10:00-dan 15:00-a qədər Binə-Sovxoz yaşayış massivində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Energetika
27 Dekabr , 2017 08:44
Bu gün Binə qəsəbəsində elektrik enerjisinin verilişində fasilə olacaq
Foto: Report.az

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün saat 10:00-dan 15:00-a qədər Binə-Sovxoz yaşayış massivində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasilə 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədardır.

"Azərişıq" yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

Son xəbərlər

Orphus sistemi