BTC vasitəsilə Qazaxıstan və Türkmənistandan neft tranziti artırıla bilər

BTC vasitəsilə Qazaxıstan və Türkmənistandan neft tranziti artırıla bilər Azərbaycanın, NATO-ya namizəd ölkənin (Gürcüstan) və NATO üzvü olan ölkənin (Türkiyə) ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Xəzər dənizində hərkət edən tankerlərlə Azərbaycana çatdırılan böyük həcmdə Qazaxıstan və Türkmənistan enerji daş
Energetika
30 May , 2022 16:24
BTC vasitəsilə Qazaxıstan və Türkmənistandan neft tranziti artırıla bilər

Azərbaycanın, NATO-ya namizəd ölkənin (Gürcüstan) və NATO üzvü olan ölkənin (Türkiyə) ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Xəzər dənizində hərkət edən tankerlərlə Azərbaycana çatdırılan böyük həcmdə Qazaxıstan və Türkmənistan enerji daşıyıcılarını qəbul edə, daha sonra isə onları birbaşa Aralıq dənizinin sularına çatdıra bilər.

“Report” “The Diplomat”a istinadən xəbər verir ki, bu yaxınlarda Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, BTC boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması gündəmdə olub. Görüşdə L.Davitaşvili vurğulayıb ki, Gürcüstanın nəqliyyat infrastrukturu Qazaxıstan və Mərkəzi Asiyaya yüklərin daşınması üçün maksimum hazırdır. Görüşdə qeyd olunub ki, Qazaxıstan 2022-ci ildə BTC boru kəməri vasitəsilə Gürcüstan ərazisindən 2-3 milyon ton neft nəql etməyi planlaşdırır.

Keçən il boru kəməri ilə vurulan xam neftin həcmi 2020-ci illə müqayisədə təqribən 4 %, 2018-ci illə müqayisədə isə 22 % azalıb.

Bundan əlavə, BTC boru kəmərinin operatoru, Türkiyənin dövlət şirkəti “BOTAŞ International Ltd”nin məlumatları göstərir ki, keçən il boru kəməri ilə ötürücülük qabiliyyətinin yalnız 55 %-i vurulub. Nəticədə 22,5 milyon ton tutum istifadə olunmamış qalıb ki, bu da hazırda Novorossiyskə göndərilən Qazaxıstan ixracının böyük hissəsi üçün kifayətdir.

Öz növbəsində, BTC-nin əsas səhmdarı olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 4-də bildirib ki, “hazırda əlavə Qazaxıstan həcmi ixrac olunmur".

Hazırda BTC boru kəməri ilə Azərbaycanda “Azəri-Çıraq-Günəşli”dən (AÇG) neft və “Şahdəniz”dən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir. 2013-cü ilin oktyabr ayından “BTC Co” Qazaxıstanda hasil edilən “Tengiz” xam neftinin bir hissəsini boru kəməri ilə nəql etməyə başlayıb. Türkmənistandan isə BTC vasitəsilə Azərbaycan ərazisindən “Dragon Oil”, “Petronas” və “Napeco” ehtiyatlarından xammal daşınır.

BOTAŞ-ın məlumatına görə, 2006-cı il iyunun 2-dən etibarən tankerlər dünya bazarına 3 milyard 832 milyon barelə qədər xam neft çatdırıblar.

Xatırladaq ki, BTC vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. “BTC Co”-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).

Son xəbərlər

Orphus sistemi