“Brent” neftinin qiyməti 97 dollara düşüb

“Brent” neftinin qiyməti 97 dollara düşüb Qlobal tələbin azalması ilə bağlı narahatlıqlar və İrandan neft tədarükünün artması ehtimalı fonunda dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşüb.
Energetika
15 Avqust , 2022 10:21
“Brent” neftinin qiyməti 97 dollara düşüb

Qlobal tələbin azalması ilə bağlı narahatlıqlar və İrandan neft tədarükünün artması ehtimalı fonunda dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşüb.

“Report” “Trading Economics”ə istinadən xəbər verir ki, Londonun ICE birjasında “Brent” neftinin oktyabr fyuçersləri 1 % və ya 0,98 dollar ucuzlaşaraq 1 bareli 97,17 ABŞ dollarına satılıb. Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,98 % və ya 0,9 dollar aşağı düşərək 1 bareli 98,15 ABŞ dolları təşkil edib.

Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyaları zəiflətməyi təklif edir.

Digər tərəfdən, OPEC 2022-ci ildə neftə olan tələb proqnozunu gündəlik 0,3 milyon barel azaldaraq, 3,1 milyon barel müəyyən edib. 2023-cü il üçün proqnoz isə 2,7 milyon barel səviyyəsində saxlanılıb.

Bununla da, OPEC-in hesablamalarına görə 2022-ci ildə neft istehlakı gözlənildiyi kimi gündəlik 100,3 milyon barel deyil, 100,03 milyon barel təşkil edəcək.

ABŞ-ın “Baker Hughes” şirkətinin məlumatına görə, ötən həftə ölkədə aktiv neft buruqlarının sayı 3 ədəd artaraq 601-ə çatıb. 

Son xəbərlər

Orphus sistemi