"Brent" neftinin qiyməti 71 dollardan aşağı düşüb

"Brent" neftinin qiyməti 71 dollardan aşağı düşüb
Energetika
9 Noyabr , 2018 03:31
Brent neftinin qiyməti 71 dollardan aşağı düşüb

Bakı. 9 noyabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti 70,72 dollardan aşağı düşüb.

“Report” xəbər verir ki, bu, Londonun ICE birjasında keçirilən hərraclar zamanı məlum olub.

Neft sonuncu dəfə avqustun 16-da 71 dollar səviyyəsindən aşağı düşüb.

Bundan əvvəl Azərbaycan nefti cüzi ucuzlaşıb.