Bakı. 9 yanvar. REPORT.AZ/ “Brent” markalı xam neftin qiyməti 60 dollar/bareli ötüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 3,03% artaraq 60,5 dollar/barel olub.
WTI neftinin fevral fyuçersləri isə 3,42% bahalaşaraq bir barel üçün 51,48 dollar təşkil edib.
*** 14:24
Bu gün “Brent” markalı xam neftin qiyməti 60 dollar/barelə yüksəlib.
“Report” xəbər verir ki, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 2,2% artaraq 60,01 dollar/barel olub.
“Brent”neftinin qiyməti sonuncu dəfə dekabrın 17-də 60 dolları keçmişdi.
WTI neftinin fevral fyuçersləri 2,17% bahalaşaraq bir barel üçün 50,86 dollar təşkil edib.