"Brent" neftinin bir bareli 55 dollardan yuxarı satılır

"Brent" neftinin bir bareli 55 dollardan yuxarı satılır Şimal dəniz neft qatışığının qiyməti 0,2% artıb
Energetika
24 Dekabr , 2016 04:41
Brent neftinin bir bareli 55 dollardan yuxarı satılır

Bakı. 24 dekabr. REPORT.AZ/ "Brent" markalı neft hərraclarda bir barel üçün 55 dollardan yuxarı qiymətə satılır.

"Report" xəbər verir ki, bu barədə Qitələrarası Birjada keçirilən elektron hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 23 dekabr 22:53-ə olan vəziyyətə görə, Şimal dəniz qatışığı olan "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 0,2% artıb və bir barel üçün 55,15 dollar təşkil edib.

WTI markalı yüngül neftin yanvar fyuçersləri də 0,2% artaraq bir barelə görə 53,06 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi