Yuxarı

​"Brent" markalı neft bahalaşıb

WTI markalı neftin qiyməti isə azalıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,32 dollar yaxud 0,68% ucuzlaşaraq 46, 36 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neftin qiyməti də 0,16 dollar yaxud 0,33% bahalaşaraq 49,08 dollar/barelə qalxıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi