"Brent" markalı neftin qiyməti artıb

"Brent" markalı neftin qiyməti artıb Bakı. 22 noyabr. REPORT.AZ/ Çərşənbə günü axşam neftin dünya qiymətləri bir gün əvvəl 7 faiz azalmadan sonra korreksiya çərçivəsində 2-3 faiz artıb.
Energetika
22 Noyabr , 2018 00:03
Brent markalı neftin qiyməti artıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Çərşənbə günü axşam neftin dünya qiymətləri bir gün əvvəl 7 faiz azalmadan sonra korreksiya çərçivəsində 2-3 faiz artıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Bakı vaxtı ilə 22.09-a olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 2,54% artaraq bir barel üçün 64,12 dollara çatıb.

WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 3,65% artaraq 55,38 dollar təşkil edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp neftin qiyməti aşağı düşdüyünə görə Səudiyyə Ərəbistanına təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi