"Brent" markalı neftin qiyməti artıb

"Brent" markalı neftin qiyməti artıb Şimal dəniz neft qatışığının bir bareli təqribən 55 dollara satılır
Energetika
23 Dekabr , 2016 08:55
Brent markalı neftin qiyməti artıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Şimal dəniz qatışığı olan "Brent" markalı neftin qiyməti 0,80% bahalaşaraq bir barel üçün 54,90 dollara çatıb.

"Report" xəbər verir ki, bu barədə Qitələrarası Birjada (Intercontinental Exchange) keçirilən hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 8:20-yə olan məlumata görə, WTI markalı neft də 0,46% artaraq bir barelə görə 52,73 dollara satılıb.