"Brent" markalı neftin qiyməti 51 dollara yaxınlaşıb

"Brent" markalı neftin qiyməti 51 dollara yaxınlaşıb Qiymət artımı 0,69 faiz təşkil edib
Energetika
25 Mart , 2017 01:25
Brent markalı neftin qiyməti 51 dollara yaxınlaşıb

Bakı. 25 mart. REPORT.AZ/ Cümə günü Londonun İCE birjasında keçirilən elektron hərrac zamanı "Brent" markalı Şimal dəniz neft qatışığının qiyməti artaraq bir barelə görə 50,91 dollara çatıb.

"Report" xəbər verir ki, qiymət artımı 0,69 faiz təşkil edib.

Nyu-York birjasında keçirilən hərracın nəticələrinə görə, WTI markalı "qara qızıl"ın may fyuçerslərinin qiyməti 0,73 faiz artıb və bir barelə görə 48,05 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi