Yuxarı

​“Brent” markalı neftin qiyməti 40 dolları keçib

WTI neftinin qiyməti isə cüzi bahalaşıb

Bakı. 1 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,02 dollar yaxud 0,05% bahalaşaraq 38,34 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,07 dollar və ya 2,73% bahalaşaraq 40,33 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 44 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi